“Qarabağ” səfərdə “Kayrat”a qalib gəlib qrup lideri oldu - YENİLƏNİB / VİDEO

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda baş tutan “Kayrat” - “Qarabağ” matçı başa çatıb. 

Görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Oyunda hesabı ağdamlılar açıb. İbrahima Vadci 58-ci dəqiqədə fərqlənib. 

Bundan 10 dəqiqə sonra "Kayrat" hesabı bərabərləşdirib. Kante 68-ci dəqiqədə status-kvonu bərpa edib. Meydan sahiblərinin bərabərlik sevinci 4 dəqiqə çəkib. Abdulla Zubir 72-ci dəqiqədə baxımlı qolla "Qarabağ"ı yenidən önə çıxarıb. Qarşılaşmada başqa qol olmayıb və "Qarabağ" qalib gəlib.

Bununla da 4 oyundan sonra 10 xalı olan Ağdam təmsilçisi bir oyun artıq olmaqla qrup liderliyinə yüksəlib. Ağdamlıların ilk iki yerdən birini tutması artıq bu gün rəsmiləşə bilər. Əgər “Bazel” “Omoniya”ya uduzmasa, Premyer Liqanın vitse-çempionu Azərbaycan futbolu tarixində ilki rəsmiləşdirərək qrupdan çıxacaq.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu noyabrın 25-də İsveçrədə “Bazel”ə qarşı keçirəcək.

Konfrans Liqası. H qrupu, IV tur.

“Kayrat” - “Qarabağ” - 1:2
Qollar: Joze Kante, 68 - İbrahima Vadji, 58, Abdullah Zubir, 72
Baş hakim: Dumitri Muntean (Moldova)

 

 

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR