BAKU Azərbaycan
14.03 °C

“Facebook” şirkəti bundan sonra “Meta” adlanacaq

“Facebook” şirkətinin yaradıcısı və SEO-su Mark Zukerberq oktyabrın 28-də təşkil etdiyi onlayn təqdimat zamanı şirkətin adının “Meta” olaraq dəyişdirildiyini bildirib.

Onun sözlərinə görə, şirkətin tətbiqləri və texnologiyaları yeni şirkət brendi, “Meta” adı altında birləşdiriləcək və şirkət diqqətini “metakainati” canlandırmağa və insanlara əlaqə yaratmağa, təşkilatlar tapmağa və bizneslərini inkişaf etdirməyə kömək etməyə yönləndirəcək.

Bildirilib ki, “Facebook” 2004-cü ildə fəaliyyətə başlayanda insanların əlaqə üsulunu dəyişdi və Messenger”, “Instagram” və “WhatsApp” kimi tətbiqlər dünyada milyardlarla insanın imkanlarını daha da genişləndirdi. İndi “Meta” sosial texnologiyada növbəti təkamülün qurulmasına kömək etmək üçün 2D ekranlardan kənara çıxaraq genişləndirilmiş və virtual reallıq kimi təcrübələrə doğru irəliləyəcək.

Qeyd edək ki, “metakainat” konsepsiyasının əsas özəlliyi ondan ibarət olacaq ki, bir istifadəçi digərinin varlığını rəqəmsal mühit içərisində fiziki olaraq hiss edə biləcək.