Gün ərzində COVID-19 infeksiyasına daha 2266 nəfər yoluxub
Ölkə
26.10.2021 / 16:55
Azərbaycanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 266 yeni yoluxma faktı qeydə alınıb, 1 194 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.