BAKU Azərbaycan
5.03 °C

Sutka ərzində 2036 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2036 yoluxma faktı qeydə alınıb, 1054 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 516 min 325 nəfərin COVID-19 infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 484 min 604 nəfər müalicə olunaraq sağalıb, 6894 nəfər vəfat edib. Aktiv xəstə sayı 24 min 827 nəfərdir.