BAKU Azərbaycan
16.03 °C

Şahmatçılarımız Avropa çempionatında 4 medal qazanıblar

Yeniyetmələr və gənclər arasında onlayn formatda keçirilən Avropa çempionatına yekun vurulub.

Yeddi yaş qrupu (U-8, U-10, U-12, U-14, U-16, U-18, U-20) üzrə keçirilən və 32 ölkədən 900-dən çox şahmatçının iştirak etdiyi qitə birinciliyində 18 yaşa qədər oğlanların yarışında Uğur İlyaslı və 16 yaşlı qızların yarışında Ayan Allahverdiyeva 9 turdan sonra 7,5 xal toplayaraq Avropa çempionu olublar.

18 yaşlı qızların yarışında mübarizə aparan Mələk İsmayıl isə 9 görüşdən sonra 7 xal toplasa da əlavə göstəricilərə görə turniri ikinci pillədə başa vurub.

10 yaşlı qızlar qrupunda yarışan Səadət Bəşirli keçirdiyi 9 görüşdən 6,5 xal toplamaqla çempionatın bürünc medalına yiyələnib.

Qitə çempionatında iştirak edən digər şahmatçılarımızdan Abdinova Nərmin 6.5 xalla 14 yaşlı qızların çempionatında 4-cü, Qasımova Səmra 6-cı, Yusif Kərimli 7 xalla 10 yaşlı oğlanlar arasında  6-cı, Kənan Qarayev 20 yaşlı oğlanlar, Talıbov Şiroğlan 16 yaşlı oğlanların çempionatında 7-ci yeri tutublar. Ləman Hacıyeva isə 18 yaşlı qızların çempionatında 9-cu yerin sahibi olub.

Qeyd edək ki, Avropa çempionatında 45 yeniyetmə və gənc “zəka sahibi” ilə təmsil olunan ölkəmiz komanda hesabında Rusiyadan sonra 2-ci yeri tutub.