“Leyli və Məcnun” əsəri Almaniyada nəşr olunub

Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi Azərbaycan şairinin “Leyli və Məcnun” əsəri Almaniyada nəşr olunub.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, Frankfurtun zəngin ənənəli “Hans-Jürgen Maurer” nəşriyyatında işıq üzü görmüş kitabı alman dilinə görkəmli alman mütərcimi Rudolf Qelpke tərcümə edib.

Əsərə dair rəngli illüstrasiyalarla nəfis tərtibdə, min tirajla nəşr edilmiş kitabın “Ön söz”ünün müəllifi görkəmli nizamişünas alim Rüstəm Əliyev, redaktoru tanınmış alman naşiri Verlag Hans-Jürgen Maurerdir.

Kitabın yaxın günlərdə Frankfurt Beynəlxalq Kitab Sərgisində nümayişə çıxarılacağı, Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn və Lüksemburqun mərkəzi kitabxana və kitab evlərinə yerləşdiriləcəyi, tanıtım və təqdimat tədbirlərinin keçiriləcəyi nəzərdə tutulur.

Qeyd edək ki, ilk dəfə 1963-cü ildə İsveçrənin Sürix şəhərində yerləşən “Manesse” nəşriyyatında işıq üzü görmüş kitab Nizami Gəncəvini almandilli oxuculara “fars şairi” kimi təqdim edən “Ön söz”lə nəşr edilmişdi. Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü və səyləri nəticəsində əsərin, Nizamini ilk dəfə almandilli ölkələrin oxucusuna “dahi Azərbaycan şairi” olaraq təqdim edən yeni “Ön söz”lə nəşrinə nail olunub.

SON XƏBƏRLƏR

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

BÜTÜN XƏBƏRLƏR