“Kütləvi peyvəndləmə yoluxma zəncirinə də təsir göstərir” – həkim-infeksionist Nəzrin Mustafayeva

“Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayları bir müddət artan xətt üzrə getdi, sonra eniş başladı. Hazırda yoluxma hallarında stabillik müşahidə olunur. Bundan əlavə, xəstəlikdən sağalanların sayı yoluxanların sayını ötür. Bu da müsbət haldır. Çünki rəqəmlər yüksəldiyi və uzun müddət proses belə davam etdiyi zaman aktiv xəstə sayı da çox olur. Bu zaman onlar arasında ağırlaşanlar və hospitalizasiyaya ehtiyacı yarananların da faizi artır. Nəticədə xəstəxanalar və həkimlər yüklənirlər. Hazırkı stabilləşmə və azalma müsbət halın göstəricisidir”.

GAZETTE xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

Həkim-infeksionistin sözlərinə görə, bir xəstəliyin profilaktikası daha asandır, nəinki ona yoluxduqdan sonra müalicəsi. Odur ki, xəstələnməməyə çalışmalıyıq: “Peyvəndlər hər xəstəliyin profilaktikasında tətbiq olunmur. Əsasən infeksion xəstəliklərin profilaktikasında vaksinlərdən istifadə oluna bilir. Əsrlərdir həmin təcrübə davam edir və kifayət qədər müsbət nəticələr əldə olunub. Hətta bəzi xəstəliklərin kökü kəsilib.

Koronavirus infeksiyası ilə mübarizədə şanslı tərəfimiz ondan ibarətdir ki, qısa müddət ərzində kifayət qədər effektiv və təhlükəsizliyi sübuta yetirilmiş peyvəndlər hazırlanıb. Ölkə olaraq daha bir avantajımız bir neçə vaksin növündən istifadə edəbilmə imkanına malik olmaqdır. Doqquz aya yaxındır ki, ölkədə koronavirus əleyhinə kütləvi vaksinasiyaya başlanılıb. Burada ilkin məqsəd immunitet qazanaraq xəstəlikdən qorunmaqdır. Yoluxma sayının yüksəkliyi vətəndaşları çaşdıra bilir. Bildirmək istərdim ki, peyvənd olunan şəxslər də yoluxa bilərlər. Peyvənd bizi yoluxmadan qorumur. Vaksinin hər iki dozasını qəbul etdikdən sonra yoluxmaqdan qorxmaq lazım deyil. Çünki immunitet yaranır, xəstəliyi ağır keçirməkdən, xəstəxanaya, reanimasiyaya düşməkdən və ən başlıcası ölümdən qorunmuş oluruq. Digər bir məqam odur ki, kütləvi peyvəndləmə yoluxma zəncirinə də təsir göstərir. Bir çox ölkələr peyvənd yaşını minimuma qədər endirməyə çalışırlar. Bunun da başlıca səbəbi ümumi olaraq cəmiyyətdə yoluxma zəncirini qırmaqdır”.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR