BAKU Azərbaycan
15.03 °C

Azərbaycanın sərhəd-buraxılış məntəqələrinin siyahısı

Nazirlər Kabineti “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nın və “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

GAZETTE xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı” aşağıdakı kimi müəyyən edilib:

1. Biləsuvar dövlət sərhədindən buraxılış məntəqəsi – Biləsuvar rayonu (Biləsuvar şəhəri), Azərbaycanla İran arasında.
2. Astara dövlət sərhədindən buraxılış məntəqəsi – Astara rayonu (Astara şəhəri), Azərbaycanla İran arasında.
3. Astara dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsi – Astara rayonu (Astara şəhəri), Azərbaycanla İran arasında.
4. Samur dövlət sərhədindən buraxılış məntəqəsi – Qusar rayonu (Samur qəsəbəsi), Azərbaycanla Rusiya arasında.
5. Şirvanlı dövlət sərhədindən buraxılış məntəqəsi – Qusar rayonu (Şirvanlı kəndi), Azərbaycanla Rusiya arasında.
6. Zuxul dövlət sərhədindən buraxılış məntəqəsi – Qusar rayonu (Zuxul kəndi), Azərbaycanla Rusiya arasında.
7. Yalama dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsi – Xaçmaz rayonu (Yalama qəsəbəsi), Azərbaycanla Rusiya arasında.
8. Xanoba dövlət sərhədindən buraxılış məntəqəsi – Xaçmaz rayonu (Xanoba kəndi), Azərbaycanla Rusiya arasında.
9. Mazımqara dövlət sərhədindən buraxılış məntəqəsi – Balakən rayonu (Mazımqara kəndi), Azərbaycanla Gürcüstan arasında.
10. Muğanlı dövlət sərhədindən buraxılış məntəqəsi – Zaqatala rayonu (Muğanlı kəndi), Azərbaycanla Gürcüstan arasında.
11. Böyük Kəsik dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsi – Ağstafa rayonu (Böyük Kəsik qəsəbəsi), Azərbaycanla Gürcüstan arasında.
12. Sadıxlı dövlət sərhədindən buraxılış məntəqəsi – Ağstafa rayonu (Sadıxlı kəndi), Azərbaycanla Gürcüstan arasında.
13. “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsi – Qazax rayonu (İkinci Şıxlı kəndi), Azərbaycanla Gürcüstan arasında.
14. Heydər Əliyev Beynəlxalq Aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi (Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi).
15. Gəncə Beynəlxalq Aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi (Gəncə şəhəri).
16. Qəbələ Beynəlxalq Aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi (Qəbələ rayonu, Hacalı kəndi).
17. Lənkəran Beynəlxalq Aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi (Lənkəran şəhəri).
18. Hacı Zeynalabdin Tağıyev Aerodromunda dövlət sərhədindən buraxılış məntəqəsi (Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi).

Naxçıvan Muxtar Respublikası üzrə:

1. Sədərək dövlət sərhədindən buraxılış məntəqəsi – Sədərək rayonu (Sədərək kəndi), Azərbaycanla Türkiyə arasında.
2. Culfa dövlət sərhədindən buraxılış məntəqəsi – Culfa rayonu (Culfa şəhəri), Azərbaycanla İran arasında.
3. Culfa dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsi – Culfa rayonu (Culfa şəhəri), Azərbaycanla İran arasında.
4. Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsi – Kəngərli rayonu (Şahtaxtı kəndi), Azərbaycanla İran arasında.
5. Naxçıvan Beynəlxalq Aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi (Naxçıvan şəhəri).
6. Naxçıvan dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsi – (Naxçıvan şəhəri).

Liman məntəqələri üzrə:

1. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında dövlət sərhədindən buraxılış məntəqəsi – dəniz yolu (Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi).
2. Azpetrol Terminalında dövlət sərhədindən buraxılış məntəqəsi – dəniz yolu (Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti).
3. Heydər Əliyev adına Dərin Dəniz Özülləri Zavodunda dövlət sərhədindən buraxılış məntəqəsi – dəniz yolu (Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi).
4. Səngəçal Terminalında dövlət sərhədindən buraxılış məntəqəsi – dəniz yolu (Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi).
5. Dübəndi Terminalında dövlət sərhədindən buraxılış məntəqəsi – dəniz yolu (Bakı şəhəri, Xəzər rayonu, Dübəndi kəndi).
6. Hövsan Limanında dövlət sərhədindən buraxılış məntəqəsi – dəniz yolu (Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi).
7. Quru Yük Limanında dövlət sərhədindən buraxılış məntəqəsi – dəniz yolu (Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi).
8. Zirə Limanında dövlət sərhədindən buraxılış məntəqəsi – dəniz yolu (Bakı şəhəri, Xəzər rayonu, Zirə kəndi).
9. Xaçmaz Limanında dövlət sərhədindən buraxılış məntəqəsi – dəniz yolu (Xaçmaz rayonu, Niyazoba kəndi).
10. Lənkəran Limanında dövlət sərhədindən buraxılış məntəqəsi – dəniz yolu (Lənkəran şəhəri, Sahil küçəsi).