Azərbaycanda ötən ay gündəlik xam neft hasilatı 596,1 min barel olub

2021-ci ilin avqust ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 711,6 min barrel olub.

Energetika Nazirliyindən GAZETTE-yə daxil olan məlumata görə, hasil olunan neftin 596,1 min barrelini xam neft, 115,5 min barrelini isə kondensat təşkil edib.

“OPEC plus” ölkələri nazirlərinin bu ilin iyul ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin avqustda 91 min barrel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyul ayına nisbətən 7 min barrel artırılmaqla 627 min barrel həcminə çatdırılması nəzərdə tutulurdu.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq “OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılması, 5,8 mln. barrel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub.

Qərarın qüvvəyə minməsi ilə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barrel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə edib.

SON XƏBƏRLƏR

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

BÜTÜN XƏBƏRLƏR