Braziliyada 4 argentinalı futbolçu saxlanıldı, matç təxirə salındı

Sentyabrın 5-də 2022-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Braziliya – Argentina matçı yarımçıq dayandırılıb.

GAZETTE xəbər verir ki, buna səbəb matçın dördüncü dəqiqəsində Braziliya səhiyyə orqanının nümayəndələri ilə hüquq mühafizə orqanlarının əmıkdaşlarının Argentina millisinin 4 oyunçusunu saxlamaq üçün stadiona daxil olmaları olub.

Belə ki, qapıçı Emilyano Martinez, müdafiəçi Kristian Romero və yarımmüdafəçilər Emilyano Bundiya ilə Giovanni Lo Selso Braziliyaya daxil olan zaman İngiltərə ərazisində olmaları barədə məlumat verməyiblər. Daha sonra bu futbolçuların İngiltərə Premyer Liqa klublarında çıxış etmələri aydınlaşdığından onların saxlanılması üçün hüquq mühafizə orqanlarının əməkdaşları oyuna müdaxilə etmək məcburiyyətində qalıblar.

Hadisədən sonra bütün Argentina heyəti soyunub geyinmə otağına yollanıblar. Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) baş vermiş hadisə ilə əlaqədar olaraq matçın təxirə salındığını açıqlayıb.

Qeyd edək ki, Braziliya qanunlarına görə, Böyük Britaniyadan ölkəyə daxil olan şəxs 14 günlük karantin müddətini keçməlidir.

Qualifiers:

SON XƏBƏRLƏR

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

BÜTÜN XƏBƏRLƏR