BAKU Azərbaycan
19.03 °C

Millimiz İrlandiya səfərindən bərabərliklə qayıdır

Sentyabrın 4-də futbol üzrə millimiz dünya çempionatının seçmə mərhələsi çərçivəsində A qrupundakı 4-cü oyununda İrlandiya yığmasının qonağı olub

GAZETTE xəbər verir ki, Dublin şəhərindəki “Aviva” stadionunda keçirilən görüşdə qalib müəyyənləşməyib.

İlk hissəyə əlavə olunmuş 1-ci dəqiqədə yarımmüdəfiəçimiz Emin Mahmudov millimizi önə çıxarıb, 0-1. İkinci hissəyə yüksək təzyiqlə başlayan meydan sahibləri bərabərlik qolunu yalnız matçın 87-ci dəqiqəsində vurmağı bacarıblar. İrlandiya millisinin üzvü Şeyn Daffi başla dəqiq oynayıb.

Əldə edilən heç-heçə sayəsində Azərbaycan millisi seçmə mərhələsində ilk xalını qazanmış olub.

Qeyd edək ki, A Millimiz növbəti oyununu sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Portuqaliya yığmasna qarşı keçirəcək.