BAKU Azərbaycan
15.03 °C

A Millimiz bu gün Dublində İrlandiyanın qonağı olacaq

Futbol üzrə Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

GAZETTE xəbər verir ki, millimiz A qrupundakı 4-cü oyununda İrlandiya yığmasının qonağı olacaq. 

Matçı Fransadan olan FIFA referisi Jerom Brisar idarə edəcək. Ona yan xətt hakimləri Benjamen Pejes və Ervan Finjan köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Mikael Lezaj yerinə yetirəcək. VAR sisteminə qadın referi Stefani Frappar nəzarət edəcək.

Qeyd edək ki, Dublin şəhərindəki “Aviva” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.