Fuad Muradov İsrailin Diaspor İşləri üzrə naziri ilə görüşüb

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsrail Dövlətinin Diaspor İşləri üzrə yeni təyin olunmuş naziri Naxman Şey ilə video-bağlantı formatında görüşüb.

Komitədən GAZETTE-yə verilən məlumata görə, Fuad Muradov Naxman Şeyi yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib, ona işlərində müvəffəqiyyətlər arzu edib. Daha sonra İsrail və Azərbaycan arasında qarşılıqlı etimada əsaslanan möhkəm əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri barədə danışılıb və qeyd edilib ki, möhkəm tərəfdaşlığın ən mühüm səbəblərindən biri Azərbaycanda yaşayan yəhudilərlə azərbaycanlılar arasında dostluq münasibətləridir. 

Komitə sədri Prezident İlham Əliyevin “Biz dinlər, mədəniyyətlər, ölkələr arasında körpülərin qurulması istiqamətində fəaliyyətimizi davam etdiririk” fikrini xatırladıb və diqqətə çatdırıb ki, Azərbaycanda tolerantlıq ənənələri, ölkəmizdə yaşayan etnik və dini icmalar arasındakı möhkəm dostluq və qardaşlıq, müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, əminamanlıq şəraitində yaşaması Azərbaycanın dövlət siyasətinin prioritetlərindəndir. 

Naxman Şey səmimi təbriklərə görə Komitə sədrinə təşəkkür edib, Azərbaycanda yəhudi icmasına olan qayğıdan, dini tolerantlıqdan böyük məmnunluq hissi keçirdiyini diqqətə çatdırıb, İsraildəki Azərbaycan icmasının fəaliyyətini yüksək qiymətləndirdiyini, iki xalqın dostluq münasibətlərinin daimi olacağına inamını ifadə edib.

Nazir əlavə edib ki, Azərbaycana səfər etmək, ölkəmizi daha yaxından tanımaq, Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, ortaq layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsi imkanlarını müzakirə etmək niyyətindədir. 

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR