Bu günə kimi 313 nəfər vaksinlərə qarşı əks-göstəriş sertifikatı alıb
Cəmiyyət
01.09.2021 / 18:51
Bu günə qədər 313 nəfər yeni növ koronavirus (COVID-19) əleyhinə istifadə edilən vaksinlərə qarşı əks-göstəriş sertifikatı alıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən GAZETTE-yə verilən məlumata görə, əks-göstəriş sertifikatının verilməsi ilə bağlı tibb müəssisələrinə olunan müraciətlərin çoxluğu, əsassız müraciətlər və göndərilən sənədlərin bəzən düzgün doldurulmaması müəyyən gecikmələrə səbəb olur.
Məlumatda qeyd olunub ki, nazirlik vətəndaşların narazılığını anlayır, lakin göndərilən müraciətlərin komissiya tərəfindən araşdırılması müəyyən qədər vaxt aparır.
Xatırladaq ki, əks-göstəriş sertifikatının verilməsinə avqustun 9-dan başlanılıb
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay