“Dəniz kuboku” müsabiqəsində artilleriya atışları yerinə yetirilib – FOTO

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində İranın Ənzəli şəhərində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak edən ölkələrin hərbi dənizçiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunda “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Üzən minaya artilleriya atışı” tapşırığını yerinə yetiriblər.

Azərbaycanın Müdafiə Nazirliyindən GAZETTE-yə verilən məlumata görə, tapşırığın şərtlərinə görə hərbi dənizçilər hərəkərdə olan gəmilərdən müəyyən məsafədə üzən iki mina hədəfini ümumilikdə 32 patron istifadə edilməklə məhv ediblər.

Hakimlər komissiyası hədəflərin məhv olunması və gəmilərin vaxt baxımından poliqonu daha tez tərk etməsi üzrə qiymətləndirmə aparıb.

Tapşırığın yekununda İran komandası 38 balla birinci, Rusiya 36 balla ikinci, Qazaxıstan 34 balla üçüncü, Azərbaycan hərbi dənizçiləri isə 28 balla dördüncü yerdə qərarlaşıblar.

Hazırda müsabiqənin növbəti mərhələsi keçirilir.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR