Qazaxıstanla vizasız gediş-gəliş haqqında sazişə dəyişiklik edilib

Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında 2009-cu il oktyabrın 2-də imzalanmış vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında sazişə protokol şəklində dəyişikliklər edilib.

GAZETTE xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, həmin protokolla DMX-nin səlahiyyətlərinə aid olan sazişdəki dəyişikliyə əsasən bir tərəfin dövlətinin vətəndaşı digər tərəfin dövlətinin ərazisində otuz gündən artıq müddətdə qaldıqda, həmin vətəndaş qaldığı tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq həmin dövlətin səlahiyyətli qurumlarında qeydiyyatdan (yerləşmə yeri üzrə uçota durmaq) keçməlidir.

Bununla da, Azərbaycan Respublikasında otuz gündən artıq müvəqqəti olmaq istəyən Qazaxıstan Respublikasının vətəndaşları bu müddət ərzində olduqları yer üzrə qeydiyyata düşməlidirlər.

SON XƏBƏRLƏR

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

BÜTÜN XƏBƏRLƏR