“Taliban” silahlıları Əfqanıstana nəzarəti tam ələ keçirib

“Taliban” hərəkatının nümayəndələri Kabildə döyüş əməliyyatları aparmadıqlarını, lakin artıq bütün Əfqanıstana nəzarət etdiklərini bildirirlər.

Gazette.az “Əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, avqustun 15-də taliblər daha iki əyalətin – Bamian və Kapisanın mərkəzi şəhərlərini tutub. Onlar geri çəkilən hökumət qüvvələrindən qalmış silah-sursatı da qənimət olaraq ələ keçirib. Şahidlərin sözlərinə görə, “taliblər” iyul ayının əvvəlində amerikalı hərbçilərin Əfqanıstan ordusuna təhvil verdiyi ölkənin ən iri aviasiya bazası “Baqram” hava limanda da görünüb.

Hazırda “Taliban” hərəkatının nümayəndə heyəti Kabildəki prezident sarayında ölkə hakimiyyəti ilə hakimiyyətin ötürülməsi barədə danışıqlar aparır. Razılaşmaya əsasən, Əfqanıstanda keçid hökumətinə ölkənin sabiq daxili işlər naziri və Berlindəki sabiq səfir Əli Əhməd Cəlali rəhbərlik edəcək. Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni hələlik səlahiyyətlərini təhvil verməyib.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR