Cənubi Qafqaz Boru Kəmərinin operatorluğu bp-dən SOCAR-a ötürülüb

Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) operatarluğunun “BP Exploration (Shah Deniz) Limited” şirkətindən “SOCAR Midstream Operations Limited” şirkətinə ötürülməsi prosesi avqustun 1-də başa çatıb.

Azərbaycan Dövlət Neft Şirkətindən Gazette.az-a daxil olan məlumata görə, Cənubi Qafqaz Boru Kəməri təbii qazın Azərbaycandan Gürcüstan ərazisi üzərindən Türkiyə və Avropaya ixracı üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizinin dörd seqmentindən biridir.

Texniki operatorluğun ötürülməsi 2013-cü ilin dekabrında imzalanmış CQBK sahibləri arasında sazişin yenilənmiş variantında nəzərdə tutulmuşdu. Saziş CQBK-nin genişləndirilməsi layihəsi başa çatdıqdan bir il sonra SOCAR-a boru kəmərinin texniki operatorluğunu öz üzərinə götürmək hüququ verib. Kəmərin genişləndirilməsi üzrə tikinti işləri 2019-cu ilin martında başa çatıb.

2020-ci ilin martında isə “SOCAR Midstream Operations Limited” razılaşdırılmış keçid dövründə rəsmən CQBK-nin texniki operatoru olub. 2020-ci ilin martında başlayan keçid prosesi 2021-ci ilin iyulunda müvəffəqiyyətlə başa çatıb. “COVID-19”-un yaratdığı problemlərə baxmayaraq, bp və SOCAR keçid prosesinin bütün aspektlərini effektiv həyata keçirmək üçün sıx əməkdaşlıq etmişlər.

Cənubi Qafqaz Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağından hasil edilən qazı Gürcüstana və Türkiyəyə nəql etmək üçün 2006-cı ilin sonlarında inşa edilib. Kəmər Səngəçal Terminalından başlayır, Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə paralel eyni marşrutda davam edərək, Türkiyədə bu ölkənin qazpaylama sisteminə qoşulur. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) Şahdəniz yatağının tam miqyaslı işlənməsi və Cənub Qaz Dəhlizinin açılması ilə bağlı olub. Layihəyə 2013-cü ildə start verilib və 2018-ci ilin iyun ayında istismara verildikdən sonra Türkiyəyə, 2020-ci ilin dekabr ayında isə Avropaya qaz nəql etməyə başlayıb. Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bp (28,8 %), TPAO (19 %), AzSCP (10 %), SGC Midstream (6,7 %), PETRONAS (15,5 %), LUKOYL (10 %) və NİKO (10 %) şirkətləridir.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR