Türkiyədə meşə yanğınları davam edir – FOTO

Türkiyədə bir neçə gündür tüğyan edən meşə yanğınlarının qarşısını almaq hələ ki, mümkün olmayıb.

Gazette.az xəbər verir ki, ölkənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli hazırda 7 bölgənin 21 nöqtəsində meşə yanğınlarının davam etdiyini bildirib.

Türkiyənin müxtəlif bölgələrində eyni anda baş verən meşə yanğınları bir çox sahələr, o cümlədən turistik ərazilər üçün də ciddi təhlükələr yaradıb.

Yanğınlar zamanı indiyədək yüzə yaxın binaya ciddi zərər dəydiyi təsbit edilib. Kənd təsərrüfatına və heyvandarlığa killi miqdarda zərər dəyib. Yanğın nəticəsində evsiz qalan sakinlərin gecələməsinin təmin edilməsi üçün tədbirlərə başlanılıb. Təxliyə olunan otel sakinlərinin hərəkət istiqamətləri istəklərinə uyğun həyata keçirilir.

Yanğınlar səbəbindən ölənlərin sayı dördə çatıb.

Adana, Kütahya, Kilis və Muğlanın Köyceğiz rayonunda baş verən yanğının artıq qismən söndürüldüyü bildirilir.

Hüquq-mühafizə orqanları yanğınların başvermə səbəbi ilə bağlı çoxistiqamətli araşdırmaya başlayıb. Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda meşə yanğını törətməkdə şübhəli bilinən PKK üzvləri şübhəli qısmində saxlanılıblar.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR