29 İyul – Beynəlxalq Pələng Günüdür

Beynəlxalq Pələng Günü (Tiger International Day) 2011-ci ildən başlayaraq hər il iyulun 29-də qeyd olunur. Məqsəd bu heyvanların nəslinin kəsilməsinə və mühafizəsi probleminə ictimaiyyətin diqqətini cəlb etmək və əhalini məlumatlandırmaqdır.

Dünya Vəhşi Təbiət Fondunun məlumatına görə, XX əsrin əvvəllərində Yer üzündə təxminən 100 min pələng yaşayıb. 2014-cü ildə onların sayı 3 minədək azalıb və azalmaqda davam edir. Heyvanlar öz təbii yaşayış mühitinin 93 %-ni itirib. Bundan başqa, brakonyerlik, qeyri-leqal ticarət məqsədilə pələnglərin ovlanması onların sayının azalmasına səbəb olub. Bu heyvanlar bir sıra bölgələrdə – Yava və Bali adalarında (1960-1980-cı illərdə), Cənubi Qafqazda (1930-ci illərdə), Orta Asiyada (1960-ci illərdə) tamamilə məhv edilib.

Benqal pələngi – ən çoxsaylı yarımnövü Butan, Nepal, Banqladeş və Hindistanda yaşayır. Amur pələngi – ən nadir və ən böyüyü (çəkisi 300 kiloqram) Rusiyada, eləcə də Çinin şimal-qərbində yaşayır. Yalnız 2004-ci ildə yarımnöv kimi tanınan Malayziya pələngi Malakka yarımadasının Malayziya sahəsində, Çin pələngi isə Çində yaşayır. Tailand, Kamboca, Vyetnam və Laosda Hind-Çin pələngi yayılıb. Sumatra pələngi yarımnövün ən kiçiyidir. Onların çəkisi təxminən 150 kiloqramdır.

XX əsrdə pələngin adı “itən növ” kimi Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Kitabı”na, Rusiyanın, eləcə də digər ölkələrin mühafizə sənədlərinə daxil edilib.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR