Ramzan Kadırov müharibə ilə bağlı sensasiyalı açıqlama verdi: "Bu gün günorta saatlarında məğlub olacaqlar"

Çeçenistan prezidenti Ramazan Kadırov yenə səs-küy yaradacaq açıqlama verib.

 

Gazette az bildirir ki, Kadırov həftələrdir Ukrayna müqavimətinin simvollarından biri olan Mariupul şəhərinin bu gün günorta saatlarında məğlub olacağını deyib.

 

"Nahardan əvvəl və ya sonra Azovstal tamamilə Rusiya Federasiyasının qüvvələrinin nəzarəti altında olacaq”, deyə çeçen lideri əlavə edib.

 

Şəhərdəki hadisələrlə bağlı, "Mariupolda vəziyyət getdikcə pisləşir və müsbət nəticə əldə edə bilmirik” deyən Zelenski isə əsgər mübadiləsinə açıq olduqlarını bildirib.

 

"Əsgərlərimizin və axtarış-xilasetmə qruplarımızın əlində yüzlərlə yaralı var. Humanitar dəhlizlərin bəziləri işləyir, minlərlə insan oradan təxliyə edilib. Min nəfərə yaxın vətəndaşımız işğal altında olan başqa torpaqlara getdi, onların taleyindən xəbərimiz yoxdur. Mariupolun blokdan çıxarılmasının iki yolu var. Birincisi çox ciddi silah yardımı, ikincisi diplomatik yardımdır, amma Rusiya ikinci yola yanaşmır. Ölən və yaralanan rus əsgərlərini öz əsgərlərimizlə dəyişməyə hazırıq”, - deyə Ukrayna lideri söyləyib.

 

Xatırladaq ki, müharibənin ən qızğın keçdiyi bölgələrdən biri olan Mariupolda rusların mühasirəsi davam edir. Şəhərin Rusiyanın nəzarətində olduğu, qalan Ukrayna qoşunlarının Azovstal zavodunda ilişib qaldığı bildirilib. Digər tərəfdən, Rusiya oradakı əsgərlərin sağ qalmaq üçün təslim olmaq məcburiyyətində olduğunu deyib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR