Putin Buçada qətliam törədən hərbçilərlə bağlı QƏRAR VERDİ - Briqadanın komandiri mükafatlandırıldı

Rusiya prezidenti Putin səs-küyə səbəb olacaq addım atıb.

 

Gazette az bildirir ki, Kiyev kəşfiyyat mənbələri tərəfindən Buça qətliamının baş şübhəlisi kimi qiymətləndirilən 64-cü motoatıcı briqadanın komandiri, polkovnik-leytenant Azatbek Omurbekov və onun tabeliyində olan əsgərlərlə bağlı qərar qəbul edilib. Belə ki, Putin 64-cü motoatıcı briqadaya "qvardiya” rütbəsi verib.

Rusiya prezidentinin imzaladığı sərəncamda sözügedən birliyin ölkənin və dövlət maraqlarının qorunmasında kütləvi qəhrəmanlıq göstərdiyi bildirilib. Putinin bu addımı qısa zamanda dünya ictimai rəyində reaksiyalara səbəb olub.

 

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın Buça şəhərində həlak olan mülki şəxslərin görüntülərinin ABŞ-ın Rusiyaya impiçment elan etmək planının bir hissəsi kimi təqdim edildiyini açıqlamışdı. Nazirliyin sözçüsü Mariya Zaxarova dövlət televiziyasına verdiyi müsahibədə, "Təxribatın ustaları kimlərdir? Təbii ki, ABŞ və NATO”, deyə söyləmişdi. Rusiya Müdafiə Nazirliyi isə Buçadan olan görüntülər üçün "təxribat və uydurma” ifadəsini işlətmiş və rus əsgərlərinin bölgənin bir sakininə də zərər vermədiyini, əksinə, mülki insanlara humanitar yardım payladığını əlavə etmişdi.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR