Rus ordusu GERİ ÇƏKİLİR – NATO ordusu ərazi sularına DAXİL OLDU

NATO-nun 1-ci Daimi Dəniz Qrupunun (“SNMG1”) gəmiləri Baltik dənizinə daxil olub və qonşu müttəfiq ölkələrlə təlimlərdə iştirak edəcək.

Gazette az xəbər verir ki, bu barədə Estoniyanın “ERR” portalı yazıb.

Bu qrup beş gəmidən ibarətdir və ona Hollandiya Kral Donanmasının “De Zeven Provincien” freqatı rəhbərlik edir.

Cümə axşamı SNMG1 qrupunun gəmilərinin bir hissəsi Baltik dənizinə daxil olub. Qalan gəmilər cümə günü Tallin limanının terminalına çatacaq.

Əsas vəzifə Baltik dənizi regionunda müttəfiqlərin mövcudluğunu nümayiş etdirmək və Estoniya donanması ilə birgə təlimlər keçirməkdir.

Şimali Atlantika hərbi ittifaqı müqavilə öhdəliklərinə uyğun olaraq müdafiə qabiliyyətini qorumaq üçün müntəzəm olaraq Baltik dənizində dəniz qüvvələrini yerləşdirir.

Artıq limanda olan üç freqat Norveçin beynəlxalq şimal sularından gəlib. Onlar orada “Soyuq reaksiya” adlı məşqlərdə olublar.

NATO gəmiləri ən azı daha bir həftə terminalda qalacaq və gələn həftə onları alyansın başqa dəniz qüvvələri qrupu əvəz edəcək.

Xatırladaq ki, ABŞ Qara dənizin şimalında Ukrayna ordusu tərəfindən vurulmuş “Moskva” kreyserinin batdığı ərazidə fəaliyyət göstərən Rusiya gəmilərinin Ukrayna sahillərindən daha da cənuba doğru irəlilədiyini müşahidə edir.

SON XƏBƏRLƏR

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

BÜTÜN XƏBƏRLƏR