
Reklam
13 Aprel 2022, 16:07
566
Ukrayna ABŞ-dan daha ağır silahlar istəyib
“Ukrayna ABŞ-dan daha ağır silahlar istəyib”.
Gazette az xəbər verir ki, bunu ölkə Prezidenti Ofisinin rəhbəri Andrey Yermak tviter səhifəsində yazıb.
“Biz ABŞ-ın indiyə qədər göstərdiyi bütün yardımlara görə minnətdarıq. Lakin bizim daha ağır silahlara ehtiyacımız var”, - o bildirib.
A.Yermak həmçinin Rusiyanın Ukraynada törətdiyi cinayətlərə adekvat qiymət verdiyinə görə ABŞ Prezidenti Cozef Baydenə təşəkkür edib: “O, həqiqəti söyləyir”.
Xatırladaq ki, ABŞ və Avropa İttifaqı Ukraynaya silah tədarükünü artırmaq qərarına gəlib. Yaxın vaxtlarda Ukraynaya əlavə silahlar göndəriləcək.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





