KİV: “Rusiya “Hizbullah”ın 800 muzdlusunu döyüşlərə cəlb edir”

Martın 29-da 200 “Hizbullah” muzdlusunun Rusiya tərəfində Ukrayna ilə müharibə üçün Belarusa göndərilməsi planlaşdırılır.

Qalanews xəbər verir ki, bu barədə Rusiyanın “Novaya qazeta” nəşri yazıb.

Bildirilib ki, Rusiyaya bağlı “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) nümayəndələri silahlı “Hizbullah” qruplaşması ilə yaraqlıların Ukraynaya göndərilməsi ilə bağlı danışıqlar aparıblar.

Məlumata görə, tərəflər Ukraynaya döyüşmək üçün 800 “Hizbullah” döyüşçüsü göndərmək barədə razılığa gəliblər. Hər bir döyüşçünün aylıq 1 500 ABŞ dolları məbləğində maaş alacağı vurğulanıb. Həmçinin bu qərara bonus olaraq “Hizbullah” və dolayısı ilə İran böyük razılaşmalar üçün müəyyən imtiyazlar qazana bilər.

Qeyd olunub ki, bu görüşdən qısa müddət sonra “Hizbullah” Suriyanın Hums əyalətinin Quseyr şəhərində səfərbərlik bürosu açıb.

Bundan əlavə, artıq Suriyanın Hələb, Yəbrud və Seyyidə-Zeynəb şəhərlərində “Hizbullah” yaraqlılarını səfərbər etmək üçün üç əlavə şöbə açılıb. Dördüncü şöbə isə Livanın paytaxtı Beyrutda açılıb.

Yerli KİV-in məlumatına görə, yaraqlıların Ukraynaya göndərilməsinin birinci mərhələsi martın 29-u çərşənbə axşamına planlaşdırılır. 200 muzdlunun Dəməşqdən Belarusun Qomel vilayətindəki hərbi hava bazasına köçürüləcəyi iddia edilir.

Ukraynaya qarşı müharibədə iştirak etmək üçün döyüşçülər Əl-Abbas və Əl-Radvan taborlarından cəlb edilir.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Ukraynadakı müharibəyə Suriyanın bir hissəsinə nəzarət edən Bəşşar Əsədin və Livanın “Hizbullah” qruplaşmasının muzdlularını cəlb etdiyini bildirmişdi. Bununla belə, “Hizbullah”ın lideri Həsən Nəsrullah Baş Qərargahın bu məlumatını təkzib etmişdi.

Qeyd edək ki, Livanın İran dəstəkli hərbiləşmiş təşkilatı və siyasi partiyası “Hizbullah” dünyanın bir sıra ölkəsində terror təşkilatı kimi tanınır.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR