ABŞ kəşfiyyatı: “Rusiyanın Ukraynaya atdığı yüksək dəqiqlikli raketlərin 60 faizi..."


 

Rusiyanın Ukraynada tətbiq etdiyi yüksək dəqiqlikli raketlərin 60 faizə yaxını hədəfə çatmır.

Gazette Az xəbər verir ki, bu haqda Birləşmiş Ştatlar rəsmiləri kəşfiyyat məlumatları əsasında "Reuters” agentliyinə danışıblar. Üç amerikalı rəsmi bildirib ki, Birləşmiş Ştatlar kəşfiyyatının dəyərləndirmələrinə əsasən Rusiyanın yüksək dəqiqlikli raketlərinin hədəfdən yayınması səviyyəsi gündən-günə dəyişir. Bu, buraxılan raketlərin tipindən asılıdır və bəzən hədəfdən yayınma 50 faizdən çox olur.

İki mənbə isə Rusiyanın "yüksək dəqiqlikli” raketlərinin 60 faizə yaxınının hədəfdən yayındığını deyib. Mənbələrdən birinin sözlərinə görə, kəşfiyyat hesab edir ki, günlərdən asılı olaraq Rusiyanın "hava-yer” tipli qanadlı raketlərinin hədəfdən yayınması 20 faizdən 60 faizə qədər ola bilər. Raketlər üzrə iki ekspert isə agentliyə bildirib ki, istənilən raketin hədəfdən yayınması 20 faizi keçirsə bu artıq yüksək göstəricidir.

Əgər söhbət yüksək dəqiqlikli raketlərdən gedirsə ümumiyyətlə həmin raketlərin yüksək dəqiqliyə malik olması haqda danışmağa dəyməz. Ətraflı Ads by 0 Reklamınızı SmartBee ilə effektiv edinABŞ rəsmiləri Rusiyanın "yüksək dəqiqlikli” raketlərinin hədəfdən yayınma səviyyəsinin niyə bu cür yüksək olduğunu açıqlamayıblar. Jurnalistlər qeyd edirlər ki, hədəfdən bu cür yüksək səviyyədə yayınma raketlərin uçmaqdan "imtina etməsi”, yəni uğursuz startdan tutmuş onların hədəfə çatıb partlamamasına qədər müxtəlif səbəblərlə bağlı ola bilər. Bundan əvvəl Pentaqon bildirmişdi ki, Rusiya Ukraynaya bir aya yaxın müddət ərzində 1100-dən çox raket buraxıb. Rusiya Ukraynaya qarşı "İsgəndər-M” operativ-taktiki raketlərindən, X-55 və X-555 tipli qanadlı raketlərdən, "Kalibr” qanadlı raketlərindən geniş istifadə edib. Bir neçə dəfə isə "Kinjal” hipersəs sürətli "hava-yer” raketi tətbiq edilib.

 

 

/virtualaz.org

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR