Ukrayna Müdafiə Nazirliyi sutkalıq əməliyyat məlumatını açıqlayıb

Ukrayna ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri ötən gün Rusiyanın 3 döyüş helikopterini vurub.

Gazette Az xəbər verir ki, məlumatı Ukrayna Müdafiə Nazirliyi feysbuk səhifəsində yayıb.

Bildirilib ki, qarşı tərəf martın 19-da və martın 20-nə keçən gecə hücum əməliyyatı keçirməyib: “O, qismən məhv edilən texnikanı bərpa edib, xarici muzdluları Ukrayna ilə sərhəd rayonlara yerləşdirib”.

Məlumata görə, Rusiya müvəqqəti olaraq nəzarət etdiyi ərazilərdə sərt inzibati-polis rejimi ilə humanitar böhran yaradır: “Ötən sutka Ukraynanın Dnepropetrovsk vilayətinin Apostolov şəhərindən Xersona göndərilən ərzaqla və ilkin tələbat üçün dərman pereparatları ilə dolu 14 yük maşını əraziyə buraxılmayıb. Bu yolla yerli sakinləri onlarla əməkdaşlığa məcbur etmək istəyirlər".

Bildirilib ki, nəzarət etdikəri ərazilərdə Rusiya hərbçiləri Ukrayna vətəndaşlarına kredit borclarını siləcəklərini, yerli iş adamlarına isə biznes fəaliyətləri üçün güzəştlər vəd edirlər.

Məlum olub ki, Rusiya Silahlı Qüvvələri Kostroma 331-ci Qvardiya paraşüt zərbə alayının Kiyev istiqamətində döyüşən hərbçilərindən yalnız biri sağ qalıb. O da hazırda hospitaldadır.

Habelə qeyd edilib ki, yaranmış şərait fonunda Rusiya Qara Dəniz Donanmasının komandanlığı müqavilə əsasında xidmət edən 810-cu piyada dəniz desantlarının 7-ci desant-hücum diviziyasının 130 hərbçisini əvəzləmək üçün təcili tədbirlər görür. Onların gələcək xidməti barədə qərarı Rusiya Federal Təhlükəsizlik Xidməti qəbul edəcək.

Ukraynanın Donetsk vilayəti üzrə Rusiyanın kuratoru 1-ci ordu korpusuna yeni qüvvələri cəlb etmək üçün növbəti səfərbərlik elan edib. Səfərbərlik üçün yaş həddini 65-ə qaldırıblar. Rusiyanın nəzarəti altında olan Luqansk vilayətində fəaliyyət göstərən 2-ci ordu korpusundan hər gün əsgər meyitləri ilə dolu yük maşınları Luqansk, Sorokina və Dovjansk yaşayış məntəqələrinə gəlir.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR