SON DƏQİQƏ: Rus ordusunun qarşısı alındı: 26-cı tank alayı, 7 qırıcı, 1 helikopter və 3 PUA məhv edildi

“Ukrayna müdafiə qüvvələrinin son sutka ərzində vəziyyətində və fəaliyyət xarakterində əsaslı dəyişiklik baş verməyib”.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gün ərzində ukraynalı hərbçilər Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı 437-ci təlim alayının və 26-cı tank alayının bölmələrini qismən məhv edərək hücumunu dayandırıb, düşmənin itkiləri dəqiqləşdirilir: “Ötən gün Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bombardmançı və hücum təyyarəsi düşmənin hərbi texnikasının karvanlarına güclü zərbələr endirib. Ukraynanın zenit-raket qoşunları və qırıcıları düşmənin 14 hava hədəfini, o cümlədən 7 təyyarəsini, bir helikopterini, 3 PUA-sını və 3 qanadlı raketini vurub”.

Məlumata görə, Rusiyanın canlı qüvvə resursları əhəmiyyətli dərəcədə tükənib: “Müvəqqəti işğal olunmuş ərazilərdə Rusiya işğalçıları dinc əhaliyə ərzaq məhsulları paylamaqla özlərinə müsbət imic yaratmağa çalışırlar. Onlar ukraynayönlü fəalların, dövlət qulluqçularının, antiterror əməliyyatı iştiraklçılarının və onların ailə üzvlərinin, eləcə də işğala qarşı müqaviməti təşkil etməyə qadir olan başqa vətəndaşların axtarışını aparır. Həmin ərazilərdə Rusiyaya qarşı olan qüvvələri saxlayırlar.

Rusiya itkilər verməkdə davam edir. Qarşı tərəfin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyəti fərarilik və muzdluların Ukraynaya qarşı müharibədə iştirakdan imtina etməsi hallarının artmasına səbəb olur”, - nazirlikdən bildirilib.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR