
Reklam
14 Mart 2022, 12:09
523
ABŞ Ukraynaya silah yollamağa davam edəcək
ABŞ Ukraynaya əhəmiyyətli silah tədarükünü davam etdirə biləcəyinə əmindir.
Gazette Az "Report"a istinadən bildirir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
"Biz Ukrayna cəbhəsinə əhəmiyyətli miqdarda hərbi yardım - silah və təchizat çatdırmaqda davam edə biləcəyimizə əminik. İndiyədək biz bu işdə uğur qazanmışıq və inanırıq ki, Rusiya təhdidlərinə baxmayaraq, davam etməyə imkan verəcək bir sistemimiz var", - deyə Sullivan CBS telekanalına bildirib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





