Türkiyəli generaldan çağırış: \"Erməni postları dərhal məhv edilməlidir\"

“Ermənistan 44 günlük Vətən Müharibəsinin yekununda tarixdə bir dövlətin uğrayacağı ən böyük məğlubiyyəti yaşadı. Bu, Ermənistan üçün ən utancverici məğlubiyyət idi. Bu müharibədən sonra erməni xalqının və Ermənistan ordusunun döyüşmək əzmi, qətiyyəti sındı. Beləliklə, İrəvan 44 günlük müharibədə məğlubiyyətini qəbul edərək təslim olduğunu rəsmi şəkildə göstərən 10 noyabr üçtərəfli sazişini imzaladı. Üçtərəfli bəyanatdan 16-17 ay keçir. Bu müddət ərzində yeni status-kvo ilə barışa bilməyənlərin, onu qəbul etməyənlərin, qandan, şiddətdən, göz yaşından, Ermənistanın diasporadan, xaricdəki havadarlarından asılılığından qazanc və mənfəət əldə edənlərin qazanc yeri kəsildi. Əllərindəki “Qarabağ kartı”, əllərindəki “oyuncaq” fiaskoya uğradı, ortadan qaldırılıdı. Bundan başqa, Azərbaycan dövləti 2020-ci ilin 10 noyabr bəyanatının imzalanmasından sonra işğaldan azad edilmiş ərazilərdə inanılmaz işlər həyata keçirdi. Yenidənqurma və bərpa işləri sürətləndirildi. Yeni layihələrin icrasına başlanıldı. Kənd təsərrüfatı ərazilərinin 30 ildən sonra əkinə yararlı hala gətirilməsi, ağıllı evlərin inşası, işğaldan azad olunan ərazilərə səfərlərin təşkil olunması buna misal ola bilər. Azad edilən ərazilərdəki hər bir inkişaf hazırda Qarabağda yaşayan erməniləri, eləcə də Ermənistandakı bəzi erməniləri narahat edir”. 

Gazetteaz xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Türkiyə Ordusunun ehtiyatda olan general-mayoru Yücel Karauz Ermənistan orudusunun Azərbaycanla cəbhə xəttindəki, Qarabağdakı ermənilərin isə rusiyalı sülhməramlıların məsuliyyət zonasındakı ərazilərdəki son təxribatlarından danışarkən deyib. Türkiyəli general bildirib ki, Azərbaycanın azad olunan ərazilərdəki apardığı sürətli yenidənqurma işləri onların rahatlıqlarını pozur:

“İşğaldan azad edilən ərazilərdəki sürətli yenidənqurma və inkişaf ermənilərin şüurlarında, beyinlərində Azərbaycanın əzizici gücünü hiss etmələrinə səbəb olub. Bunun nəticəsidir ki, keçmiş “Dağlıq Qarabağ” klanının rəhbərliyi altındakı qruplar atəşkəsi pozmaqdadırlar. Onlar bu təxribatlarla atəşkəs razılaşmasının sülh sazişinə çevrilməsini əngəlləməyə çalışırlar. Təxribatçılar Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşmasına, Qafqaza sülhün gəlməsinə, Azərbaycanla Türkiyənin və Rusiyanın koordiyanasiyalı şəkildə gerçəkləşdirdiyi bu istiqamətdəki addımlara kölgə salmaq istəyirlər. 3+3 formatına doğru gedən fəaliyyətlərin sürətli şəkildə irəliləməsi “Qarabağ klanı”nın tör-töküntülərini həm siyasi, həm də hərbi mənada narahat edir. Bunu həzm edə bilməyən təxribatçı “Qarabağ klanı” sülh istiqamətindəki proseslərə kölgə salmaq üçün əllərindən gələni etməyə çalışırlar. Təxribatlar törədirlər. İqtidar olmaqla müqtədir olmaq fərqli anlayışlardır. Baş nazir Nikol Paşinyan Ermənistanda iqtidarda olsa da, müqtədir deyil. Ölkəyə nəzarəti tam şəkildə əlində cəmləşdirə bilməyib. Onun sözü nə Ermənistan cəmiyyətində, nə orduda, nə də siyasi siferada ötür. Verdiyi qərarlara çox vaxt məhəl qoyulmur. Bunun nəticəsidir ki, Ermənistanda “Qarabağ kartı”ndan istifadə edə bilməyənlər, çörəyi kəsilənlər Azərbaycanı tələyə çəkmək, Azərbaycanı təcavüzkar kimi təqdim etmək üçün təxribatlara əl atırlar. Üstəlik, hazırda bütün dünyanın diqqəti Ukrayna və Rusiya arasında baş verənlərə yönəlib. Ona görə də təxribatçılar diqqəti Qarabağa, Ermənistanla Azərbaycan arasındakı tarixdə qalmış müharibəyə çəkmək istəyirlər. “Mədəd ummağa” çalışırlar”.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR