Qəbələdə musiqi bayramı: “Qış nağılı” II Beynəlxalq Festivalı yekunlaşdı

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə Qəbələdə keçirilən “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı başa çatıb.

2009-cu ildən ənənəvi olaraq keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq, artıq ikinci ildir təşkil edilən “Qış nağılı” festivalı bu il də musiqisevərləri bir araya gətirib. Soyuq qış günlərində reallaşan bu möhtəşəm sənət bayramı musiqi dünyasının diqqətini yenidən Qəbələyə yönəltməyi bacarıb.

Fevralın 5-də başlayan festival çərçivəsində Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə rəngarəng proqram təqdim edilib. Vokal, kamera instrumental musiqi axşamları, solo çıxışlar, autizmli pianoçunun konserti, Azərbaycanla İtaliya arasında dostluğu təcəssüm etdirən “Bakı-Neapol: Musiqi körpüsü” kamera musiqi axşamı izləyicilərin ürəyincə olub.

Fevralın 8-də axşam Heydər Əliyev Konqres Mərkəzində “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi və yekun konserti keçirilib. Mərasimdə Leyla Əliyeva, festivalın təşkilatçı qurumlarının təmsilçiləri, tanınmış musiqiçilər, musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.

“Azərbaycan-İspaniya: iki ölkə, bir musiqi” adlı flamenko-caz musiqi gecəsində Azərbaycan xalq mahnıları, flamenko-caz və muğam improvizələri səsləndirilib, İspaniyadan dəvət alan ifaçı və rəqqaslar səhnəyə çıxıb.

Konsertə başlamazdan əvvəl ispan və Azərbaycan musiqiçilərinin yaradıcılığı barədə qısa məlumat verilib. Bildirilib ki, dünya şöhrətli flamenko pianoçusu və bəstəkar Andres Barrios klassik musiqi təhsili alıb. Caz musiqisi sahəsində dərin biliklərə yiyələnən sənətçi eklektik və yenilikçi yaradıcılıq üslubu ilə seçilir. Onun musiqisi XXI əsr flamenkosunun cəsarətli və müasir ifadəsi kimi, müxtəlif dünya musiqi üslublarını ustalıqla birləşdirir.

Diqqətə çatdırılıb ki, konsertdə iştirak edən azərbaycanlı musiqiçi, tarzən İbrahim Babayev hər zaman özünəməxsus eksperimentləri ilə seçilməyi bacarır. O, muğam ənənələrinə əsaslanaraq, onlara elektron və çağdaş musiqi elementlərini əlavə edir. Pianoçu Nicat Aslanov isə muğam, etno caz və müasir cazın sintezinə əsaslanan bir yaradıcılığa sahibdir.

Konsertdə Andres Barriosun ifasında “Ecdysis”, “Meraki”, “Noche Andaluza”, “İsbilya”, “La Colombiana” və ispan xalq nəğmələri səsləndirilib. İspaniyalı rəqqasə Cristina Cazorla və rəqqas Javier Morenonun təqdim etdikləri flamenko rəqs kompozisiyaları, həmçinin tarzən İbrahim Babayevin pianoçu Andres Barriosla birgə ifa etdiyi muğam və flamenko improvizələr, xalq mahnısı “Yaylıq” tamaşaçılara böyük zövq verib.

Yekun konsertində, həmçinin tanınmış azərbaycanlı pianoçu və caz bəstəkarı Nicat Aslanovun və caz triosunun üzvləri Fuad Cəfər (bas gitara) və Həsən Bilalovun (zərb alətləri) ifasında solo performans və flamenko improvizələri təqdim olunub.

Beləliklə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə Qəbələdə keçirilən “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı şən notlarla başa çatıb.

SON XƏBƏRLƏR

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

BÜTÜN XƏBƏRLƏR