Əməkdar artist: “Nəvəmə Antalyadan ev aldım”

Əməkdar artist Kubra Əliyeva xəstəliyindən danışıb.

Aktrisa "Qapqara" yutub layihəsində onkoloji xəstə olduğu halda onu ürəyindən müalicə etdiklərini deyib:

"Bakıda getmədiyim ürək həkimi qalmamışdı. Aparat qoyurdular, gecə yatırdım, səhər oyanıb gedirdim. Dərman verirdilər ki, iç keçəcək. Sən demə ürək deyilmiş, süd vəzimin altında iki şiş var imiş. Xərçəng metastaz veribmiş. Bir həkim kəşf etdi və Ankaraya göndərdilər. Əməliyyat olunacaqdım, amma dedim Azərbaycanda olacağam. Ankarada xəstəxanaya 11 min dollar ödədim. Ölümə hazıram. Oğlumu itirdim. Onun bir övladı qaldı, köçürtdüm Türkiyəyə. Dedim, atası ilə bağlı sözləri eşitməsin. Nəvəmin 15 yaşı olanda ona Antalyada ev aldım. Dedim ki, 3 il ömrüm olsun və 18 yaşında onun adına evi keçirdə bilim. Etdim də... Uşaqlarımla bağlı hər şeyi etmişəm. İndi gənclər evsizlikdən əziyyət çəkir. Mən bütün hamısına ev aldım".

Aktrisa narkotik aludəçisi olan və bir müddət əvvəl dünyasını dəyişən oğlundan bəhs edib:

"Raufu heç vaxt unutmuram. Çox çəkdim. O vaxt kaş reabilitasiya mərkəzi olardı. Onu oradan çıxartmazdım. Mənim balam 5 dil bilirdi. Gənclərə deyirəm ki, eşidəndə qonşuda, yaxında kimsə bu yolun yolçusudur ondan uzaq gəzsinlər". /axşam.az

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR