Kiçik Kövsər, böyük uğur: BMT festivalında ikiqat qələbə

Uşaq İncəsənət Festivalının laureatı Kövsər Qurban beynəlxalq səviyyədə böyük uğura imza atıb. 

O, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və  Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) birgə təşkil etdiyi PLURAL+ Gənclər Video Festivalında “Black and White” animasiya filmi ilə ikiqat qalib olub.

Kövsər 11-ci UNAOC Beynəlxalq Forumu çərçivəsində keçirilən Beynəlxalq PLURAL+ Gənclər Film Festivalında 12 yaşdan aşağı yaş kateqoriyası üzrə Beynəlxalq Jüri Mükafatına (1-ci yer) və FCAT Tərəfdaş Mükafatına layiq görülüb. 

Bu uğur ona Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək beynəlxalq mükafatlandırma mərasiminə iştirak qazandırıb.

Gənc istedadın nailiyyətləri bununla bitmir. Kövsər Qurban Beynəlxalq SAF Olimpiadasında VidX kateqoriyası üzrə 4 dəfə qalib olub. 

Kövsər musiqi sahəsində də uğurları ilə seçilir. O, İspaniyada keçirilən beynəlxalq incəsənət festivalında fortepiano üzrə solo ifada ikiqat birinci yer, eləcə də Art Olimpia İncəsənət Müsabiqəsində fortepiano üzrə solo ifa kateqoriyasında çoxsaylı mükafatlar qazanıb. O cümlədən, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalında 2023-cü ildə rəsm nominasiyası üzrə 2-ci olub. 

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR