Türkiyə Kino Günlərinin açılışı: “Hər şeyin səbəbkarı Merkuri”

"Baku Cinema Breeze” Beynəlxalq Film Festivalının nümayişləri çərçivəsində dekabrın 7-də Türkiyə Kino Günlərinin açılışı keçirilib.

Tədbirdə rəsmi şəxslər, kino ictimaiyyətinin nümayəndələri, rejissorlar və prodüserlər iştirak ediblər.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktorunun müavini Qurban Primov və Türkiyə Kino Baş İdarəsinin rəhbəri Birol Güven iki ölkə arasında kino sahəsində əməkdaşlığın getdikcə genişləndiyini vurğulayıblar. Onlar bu kimi tədbirlərin kino mübadiləsinə, yaradıcı əlaqələrin möhkəmlənməsinə və yeni layihələrin meydana çıxmasına töhfə verdiyini bildiriblər.

“Hər şeyin səbəbkarı Merkuri” filminin baş rol ifaçısı, aktrisa Sinem Kobal çıxışında festivalda iştirakdan məmnunluğunu ifadə edərək deyib: “Bakıya gəlmək və filmimizi tamaşaçı ilə birlikdə izləmək mənim üçün böyük sevincdir. Bu festivalın yaratdığı yaradıcı mühit həm sənətçiləri, həm də tamaşaçıları bir araya gətirir. Ümid edirəm ki, filmimiz hər kəsin özünü tapmasına kiçik də olsa ilham verəcək”.

Daha sonra filmin nümayişi olub.

Ekran işi “Hər şeyin səbəbkarı Merkuri" gənc və bacarıqlı jurnalist Elifin həyat hekayəsini əks etdirir. Universiteti yüksək nəticələrlə bitirməsinə baxmayaraq, arzuladığı işi tapa bilməyən Elif astroloji yazar kimi çalışmağa başlayır. Bürclərlə heç bir əlaqəsi olmasa da, peşəsini uğurla icra etməyə çalışan qəhrəman bu müddətdə həm rəqabətlə, həm də gözlənilməz situasiyalarla üzləşir. Sevdiyi jurnalistlə eyni redaksiyada işləməsi isə onun motivasiyasını daha da artırır. Elif həyatının yeni mərhələsinə qədəm qoyarkən astrologiya onun yol göstəricisinə çevrilir.

Qeyd edək ki, “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı dekabrın 11-dək davam edəcək.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR