“Baku Cinema Breeze”in 2025-ci buraxılışı keçiriləcək

“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalının 2025-ci buraxılışı dekabrın 5-dən 11-dək Bakıda keçiriləcək.

Gazette.az xəbər verir ki, regionun mühüm mədəni tədbirlərindən birinə çevrilən festival Azərbaycanı dünyanın müxtəlif ölkələrindən gələn rejissorlar, prodüserlər və kino həvəskarları üçün canlı bir görüş məkanına çevirir.

İkinci ildir təşkil olunan “Baku Cinema Breeze”in məqsədi Azərbaycanın film sənayesinin regional mərkəzə çevrilməsinə, beynəlxalq əməkdaşlığa, koproduksiyaların və yaradıcı mübadilənin genişlənməsinə töhfə verməkdir. Bu il festival 30-dan çox ölkədən iştirakçıları qəbul edəcək, 100-dən çox beynəlxalq qonağın iştirakı, müxtəlif baxış bucaqlarını təmsil edən 50-dən artıq filmin nümayişi nəzərdə tutulur. Proqramın əsas istiqamətlərini ATA – Türk Animasiya Festivalı,16-cı Bakı Beynəlxalq Film Festivalı, O’Market – Şərq Ölkələri Kino Bazarlar, İslam Ölkələri Günləri, CinemaTalks sənaye panelləri təşkil edəcək.

Festival günlərində paytaxtda “Baku Cinema Breeze” nümayişləri keçiriləcək. Proqrama Bakı Beynəlxalq Film Festivalı və Türk Animasiya Assosiasiyasının (ATA) film nümayişləri, həmçinin Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Pakistan istehsalı filmlər daxildir.

Bununla yanaşı, dörd xüsusi premyera təqdi olunacaq - “Boşluğa Xütbə”, “Kür – Çaylar anası”, “Her şeyin başı Merkür” və “Bu gün güzel” filmləri yerli tamaşaçılara təqdim ediləcək. Ümumilikdə, beynəlxalq festivallarda diqqət çəkmiş ekran əsərlərini, uşaqlar üçün nəzərdə tutulan animasiya filmlərini də əhatə edən müxtəlif janr və kateqoriyalı 50-yə yaxın film nümayiş olunacaq.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR