“Mübarizdən sonra” adlı kitabın təqdimatı oldu

Azərbaycan Texniki Universitetində (AzTU) Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş "Mübarizdən sonra" kitabının təqdimatı olub.

44 günlük Vətən müharibəsində qazanılan qələbənin  5 illiyi münasibətilə keçirilən təqdimatda Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, yazıçı, publisist Müşfiq Malik Muğanlının qələmə aldığı “Mübarizdən sonra” kitabının iki hissə, dörd bölümdən ibarət olduğunu bildirib. Birinci hissədə Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun uşaq, yeniyetmə və gənclərə verdiyi dəyərli məsləhətlər, Mübariz haqqında görkəmli şəxsiyyətlərin fikirləri, ikinci hissədə isə Mübariz İbrahimovun həyatı və onun qəhrəmanlığına dair müəllifin bədii-publisistik düşüncələr, o cümlədən “Müqəddəs Mübarizim” adlı poemasına yer verilib.

Humanitar fənlər kafedrasının əməkdaşları - filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Zeynalova, müəllim Rəna Nəcəfova, tələbələrdən adından isə Fatih Emir Torum kitabın əhəmiyyətindən danışıblar.

Xüsusi olaraq vurğulanıb ki, Azərbaycan igidlərinin Vətən sevgisi və bu müqəddəs duyğuların müqabilində baş qaldıran yüksək qəhrəmanlıq  keyfiyyətləri tarixin şanlı səhifəsi kimi daim xatırlanacaq.  

Kitabın müəllifi Müşfiq Malik Muğanlı çıxış edərək nəşrin ərsəyə gəlməsinə dair mühüm  məqamları açıqlayıb, Mübarizin atası Ağakərim İbrahimovun bu istiqamətdə verdiyi dəyərli tövsiyələri xatırladıb. O, kitabın təbliği və təşviqi istriqamətində Milli Qəhrəmanın atasına verdi sözün yerinə yetirilməsi məqsədilə bütün imkanlarını səfərbər edəcəyini qeyd edib. Tədbirin sonunda müəllif  "Mübarizdən sonra" və Mübariz İbrahimovun atasının düşüncələrini özündə əks etdirən "Ağakərim İbrahimovun düşüncələri" adlı kitablarını universitetə hədiyyə edib.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR