Bakıda xüsusi proqram təqdim ediləcək

Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə 31 oktyabr – 2 noyabr tarixlərində keçiriləcək “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalı çərçivəsində “Suraxanı” gəmi-muzeyində xüsusi proqram təqdim olunacaq.

Tədbir günlərində muzeydə Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovaya həsr olunmuş "Şövkət" bədii filminin nümayişi baş tutacaq. Bununla yanaşı, ziyarətçilər xanım kapitanın həyat və fəaliyyətini əks etdirən unikal ekspozisiya ilə tanış olacaqlar.

Proqram çərçivəsində qonaqlar üçün gəmi-muzeydə tematik turlar da təşkil ediləcək.

Festival çərçivəsində dünyanın ilk tanker-muzeyində keçiriləcək tədbirlərdə iştirak üçün “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” layihəsinin rəsmi saytında (//bakuartweekend.az/en/eventinfo/124) qeydiyyatdan keçmək mümkündür.

Qeyd edək ki, festivalın əsas mövzusu suyu həyatın, yenilənmənin və davamlılığın simvolu kimi araşdırmaqla yanaşı, okean və dənizlərdəki ekoloji vəziyyətə incəsənətin dili ilə diqqət yönəltməkdir.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR