General Əlağa Şıxlinski adına 135 nömrəli məktəbin yubileyi qeyd olunub

Zəngin tarixi və dərin təhsil ənənələri ilə seçilən General Əlağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbin 55 illik yubileyi münasibətilə möhtəşəm tədbir keçirilib.

Yarım əsrdən artıq bir dövr ərzində minlərlə gəncin həyatına bilik, tərbiyə və vətən sevgisi aşılayan bu elm ocağının yubiley tədbiri şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Məktəbin direktoru Şəfa Qurbanova çıxış edərək tədbiri açıq elan edib, 55 illik yubiley münasibətilə kollektiv üzvlərini, məzunları və qonaqları təbrik edib. O, məktəbin tarixindən, əldə olunan nailiyyətlərdən və gələcək inkişaf istiqamətlərindən söz açıb.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhəri Təhsil İdarəsinin rəis müavini Anar Qədiməliyev, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri, məktəbin “Fəxri məzunu” Fuad Rəsul, Milli Olimpiya Komitəsinin mətbuat katibi, Prezident mükafatçısı, Əməkdar jurnalist Murad Fərzəliyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədr müavini Sevinc Abdullayeva, eləcə də Milli Müdafiə Universitetinin professoru, tarix elmləri doktoru Mehman Süleymanov çıxış edərək məktəbin kollektivini yubiley münasibətilə təbrik ediblər.

Çıxışlarda qeyd olunub ki, General Əlağa Şıxlinski adına 135 nömrəli məktəb illərdir cəmiyyətə bilikli, vətənpərvər və məsuliyyətli gənclər qazandıran nümunəvi təhsil ocaqlarından biridir. Məktəbin uğurları onun pedaqoji heyətinin fədakarlığının və gənc nəsilə olan sevgi və inamının göstəricisidir.

Tədbir çərçivəsində məktəb şagirdlərinin yaradıcılıq qabiliyyətini əks etdirən rəsm və əl işləri sərgisi nümayiş etdirilib. Sərgidə təqdim olunan əsərlər gənc nəsildə milli-mənəvi dəyərlərə, vətənpərvərlik və sülh ideyalarına olan bağlılığı əks etdirib.

Bədii hissədə Muğam müsabiqəsinin qalibi, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin Fəxri üzvü Mirələm Mirələmov, Mərkəzin Fəxri üzvü Aytac Süleymanlı, tanınmış müğənni İntiqam Kərimov, Şəhid qızı Lamiyə İbrahimova və bəstəkar, şəhidlər haqqında fərdi musiqi əsərlərinin müəllifi Ruslan Səfəroğlu, eləcə də məktəbin özfəaliyyət dərnəyinin üzvləri səhnədə bir-birindən maraqlı çıxışlarla çıxış ediblər. Onların ifaları tədbir iştirakçılarında dərin duyğular və qürur hissi yaradıb.

Yubiley çərçivəsində məktəbin müxtəlif illərin məzunlarına “Fəxri Məzun” plaketləri təqdim olunub. Onların arasında elm, təhsil, səhiyyə, mədəniyyət və ictimai sahələrdə fərqlənən şəxsiyyətlər yer alıb.

Tədbir xatirə fotosu ilə yekunlaşıb. 135 nömrəli məktəbin 55 illik yubileyi bir daha sübut etdi ki, bu təhsil ocağı təkcə bilik məbədi deyil, həm də vətənə sədaqət, humanizm və mənəvi dəyərlər məktəbidir.

1

1

1

1

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR