BİAF 2025: Festivalın parlaq kulminasiyası

Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) bu il möhtəşəm final proqramı ilə başa çatacaq. 14, 15 və 16 noyabr tarixlərində tamaşaçıları dünya səviyyəli iki teatr tamaşası və Azərbaycan musiqi mədəniyyətinin canlı əfsanəsinə həsr olunmuş təntənəli qala-konsert gözləyir.

Bakı – Xəzərin mədəniyyət paytaxtı, Şərqlə Qərbin qovuşduğu unikal məkandır.

Tarixən Böyük İpək Yolunun mühüm dayanacağı olan şəhər bu gün də xalqları birləşdirir və zəngin irsi ilə ilham mənbəyinə çevrilir. BIAF 2025 bu birliyin yeni simvolu kimi, dünya incəsənətini Azərbaycan mədəniyyətinin dərinliyi və özünəməxsusluğu ilə birləşdirir.

ÜÇÜNCÜ HƏFTƏNİN PROQRAMI

Tale və məhəbbət: “Anna Karenina” (İsrail/Fransa)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində — dünyaşöhrətli Gesher Teatrı, məşhur rejissor Rimas Tuminasın əfsanəvi tamaşası ilə çıxış edəcək.
“Anna Karenina” — ustadın son əsərlərindən biri olub, Fransa və Macarıstanda böyük uğurla nümayiş etdirilib. Lev Tolstoyun dahiyanə romanına əsaslanan bu tamaşa məhəbbət, ehtiras və faciə haqqında dərin psixoloji və bədii yozumdur.
Tamaşalar 14 və 15 noyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçiriləcək.

Biletləri əldə etmək üçün rəsmi saytımıza daxil olun: www.biaf.az

Həyatın nəfəsi: “Müqəddəs bahar” (Rite of Spring)

Yan Lipin (Çin)
Çinin ən görkəmli xoreoqraflarından biri, “Şərqin Pina Bauşı” adlandırılan Yan Lipin, Stravinskinin məşhur əsərinə yeni, güclü və duyğusal baxış təqdim edir.
Onun “Müqəddəs bahar”ı — bədənin dirçəliş rəmzinə çevrildiyi, həyatın şeirsəlliyi ilə işıq və qaranlığın toqquşduğu valehedici səhnə əsəridir. Qədim Çin simvolikası ilə Avropa klassik musiqisinin sintezi nəticəsində yaranmış bu tamaşa artıq dünya səhnələrinin sensasiyasına çevrilib.
Tamaşalar 15 və 16 noyabr, saat 20:00-da Azərbaycan Milli Akademik Dram Teatrında baş tutacaq.

Biletləri əldə etmək üçün rəsmi saytımıza daxil olun: www.biaf.az

Polad Bülbüloğlu — 80 illik yubiley gecəsi

BIAF 2025-in yekun tədbiri Azərbaycanın böyük bəstəkarı və mədəniyyət elçisi Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunur.
Gala axşamı onun zəngin yaradıcılığına ehtiram göstəricisi və musiqi bayramı olacaq. Gecədə dünyaşöhrətli skripkaçı və dirijor Dmitri Sitkovetski çıxış edəcək.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında ustadın ölməz musiqiləri səslənəcək.
Orkestrin dirijoru – Fuad İbrahimov.

Yekun konsert 16 noyabr (bazar günü), saat 20:00-da,
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.

Biletlərin sayı məhduddur. Ətraflı məlumat və biletlərin satışı üçün: www.biaf.az

 

1

1

1

1

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR