“Azərbaycan Jurnalistlər Şəbəkəsi” yeni layihəyə start verib

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi “Turistik kəndlərdə turizm üzrə mütəxəssislərin yetişdirilməsinə dəstək” adlı yeni layihənin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir.

Gazette.az xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində yerləşən turistik kəndlərin – Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani, Astaranın Sım və Qubanın Qrız kəndlərinin turizm potensialını daha geniş auditoriyaya tanıtmaq, bu kəndlərdə turizmin inkişafına töhfə verməkdir.

Bu məqsədlə bölgələrdən seçiləcək nümayəndələr üçün peşəkar PR və marketinq təlimləri təşkil olunacaq, həmçinin yeni turizm məhsullarının yaradılması istiqamətində təşəbbüslərə dəstək veriləcək.

Layihə çərçivəsində sahə üzrə mütəxəssislər turistik kəndlərə səfərlər edərək, hər bir kəndin spesifik xüsusiyyətlərini nəzərə alan xüsusi təlim proqramları hazırlayacaqlar. Təlimlərdə həmin kəndlərdə bələdçi kimi fəaliyyət göstərən şəxslərin də iştirakı nəzərdə tutulur.

Seçilmiş iştirakçılar üçün keçiriləcək təlimlərdə onların turistik kəndləri daha effektiv şəkildə təbliğ etməsi, turist cəlbi üçün müasir kommunikasiya və marketinq alətlərindən istifadə bacarıqlarının artırılması hədəflənir. Layihə çərçivəsində, həmçinin, turistik kəndləri tanıdan videoçarxın hazırlanması da planlaşdırılır.

1

1

1

1

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR