Azərbaycan Turizm Blogerləri Assosiasiyası 5 yaşını qeyd edib

Oktyabrın 10-da Azərbaycan Turizm Blogerləri Assosiasiyası (ATBA) 5 yaşını qeyd edib. Bu münasibətlə təşkil olunan yubiley tədbirində Assosiasiyasının təsisçiləri və üzvləri iştirak ediblər. 

Qeyd edək ki, 50-ə yaxın tanınmış turizm blogerinin üzv olduğu Assosiasiya 2020-ci ildə tanınmış jurnalist, səyyah, bloger Azər Qəribin təşəbbüsü ilə təsis edilib. 

Gecədə açılış nitqi ilə çıxış edən Assosiasiyanın sədri Azər Qərib 5 il ərzində ATBA-nın keçdiyi yol, Azərbaycanda turizmin inkişafı üçün həyata keçirilən layihələr, görülən işlər, qazanılan uğurlar barədə məlumat verib:
 
“ATBA bu beş il ərzində xeyli yol qət edib. Bu gün ən tanınmış səyahət blogerləri bizim üzvlərimizdir. Biz daxili turzimin inkişafına dəstək vermək üçün müəyyən işlər görmüşük. 2-ci Qarabağ müharibəsinin olduğu və pandemiya dövründə  yaranan Assosiasiyamızın ilk addımlarını atdığı günlərdə səyahət etmək çox çətin idi. Amma bu gün işğaldan azad olunan torpaqlarımızın turizm ehtiyatlarının tanıdılması, təbliğ olunması istiqamətində işlər görürük. Bu, çox qürurvericidir". 

ATBA sədri çıxışında yerli və xarici turizm obyektləri ilə işbirliklərindən də söz açıb:

"Bu illər ərzində bizim Dövlət Turizm Agentliyi, "Azərbaycan Hava Yolları", "Azərbaycan Dəmir Yolları" QSC kimi qurumlarla uğurlu əməkdaşlıqlarımız olub, eləcə də çox sayda turizm qurumları ilə birlikdə layihələrimiz həyata keçirilib. Ölkəmizin çox gözəl, maraqlı, hətta bəzən çoxlarının tanımadığı yerləri insanlarımıza çəkib göstərdik. Xarici ölkələrdən çox sayda dəvətlər aldıq. Blogerlərimiz dünyanı gəzib Azərbaycan izləyicisinə təqdim etdi, eyni zamanda Azərbaycanı xaricdə təbliq etdilər. Bu işdə müxtəlif xarici ölkələrin Azərbaycandakı səfirliklərinin də dəstəyi oldu, birlikdə maraqlı layihələr icra etdik. 

Daha sonra Azər Qərib Azərbaycan Hava Yollarının rəhbəri Samir Rzayevin və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin təbrik məktublarını oxuyub.

Çıxışdan sonra yubiley tədbirinin bədii hissəsi baş tutub. Gecədə musiqili qonaqların ifalarına yer verilib. Səyahət blogerləri müxtəlif ölkələrin rəqslərini də ifa ediblər. Həmçinin gecədə müxtəlif yarışmalar keçirilib, qonaqlara hədiyyələr təqdim olunub.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR