Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan yeni nəşrin təqdimatı keçirilib

Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan "Üzeyirin Ecazkar Dünyası" adlı çapdan çıxan yeni kitabın təqdimat mərasimi keçirilib.

Gazette.az xəbər verir ki, 2025-ci ilin sentyabrında görkəmli bəstəkar, musiqişünas, publisist, dramaturq, pedaqoq və Şərqdə ilk operanın müəllifi, Xalq artisti, Dövlət mükafatları laureatı, AMEA-nın həqiqi üzvü Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunacaq. Prezident İlham Əliyevin sərəncamı ilə milli musiqi mədəniyyətimizin banisinin yubileyi ölkə üzrə geniş miqyasda keçirilir:

"Bu münasibətlə hazırlanmış "Üzeyirin ecazkar dünyası" kitabı musiqisevərlərə dahi bəstəkarın həyat və yaradıcılığını interaktiv formada tanıdır. Topluya musiqili rebuslar, krossvordlar, sudoku, filvordlar, anaqramlar və tapmacalar daxil edilib. Kitab şagirdlər, müəllimlər və valideynlər üçün nəzərdə tutulub və həm fərdi, həm də kollektiv şəkildə istifadəyə uyğundur".

Təqdimat mərasimində Əməkdar incəsənət xadimi Tariyel Məmmədov, Xalq artisti Fərhad Bədəlbəyli çıxış ediblər.

Nəşr Azərbaycanda musiqiyönümlü tədris prosesinə qeymifikasiya (oyunlaşdırma) prinsipinin tətbiqinə ilk nümunələrdən biridir. Tapmaca və intellektual oyunların əyləncəli formatda təqdimatı biliklərin daha asan mənimsənilməsini təmin edir, analitik və tənqidi təfəkkürü inkişaf etdirir.

Kitab Azərbaycanda ilk dəfə olaraq virtual muzeylə müşayiət olunur. Virtual muzey pedaqoji cəhətdən dəstəklənmiş rəqəmsal tədris vasitəsi olaraq biliklərin vizual və interaktiv təqdimatına, təhsilalanlarda idrak motivasiyasının yüksəldilməsinə xidmət edir.

Kitabda təqdim edilən QR-kod vasitəsilə oxucular Üzeyir bəy Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş virtual muzeyə keçid əldə edirlər. Burada eksklüziv materiallar, eksponatlar və əlavə məlumatlarla tanış olmaq, mövzu üzrə bilikləri genişləndirmək və kitabda verilən tapmaca və suallara düzgün cavab tapmaq mümkündür.

"Üzeyirin ecazkar dünyası" nəşrinin müəllif kollektivinin başlıca məqsədi milli musiqi mədəniyyətimizi və xüsusilə də Üzeyir Hacıbəyli dühasının irsini müasir, interaktiv və rəqəmsal formatda yeni nəslə sevdirmək və tanıtmaqdır.

Kitab Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb- studiyası, "Musiqi Dünyası" Elektron Nəşrlər Mərkəzi və "Azərbaycan Nəşriyyatı" MMC tərəfindən çapa hazırlanıb.

SON XƏBƏRLƏR

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BÜTÜN XƏBƏRLƏR