“Azərbaycanda alman izləri” kitabı nəşr olunub

Azərbaycanın Almaniyadakı Səfirliyinin təşəbbüsü və dəstəyi ilə tanınmış fotoqraf Etibar Cəfərovun “Azərbaycanda alman izləri” adlı foto-kitabı nəşr olunub.

Alman və ingilis dillərində işıq üzü görən bu unikal nəşr ölkəmizdə almanların zəngin tarixini, mədəniyyətini və töhfələrini təsirli görüntülərlə təqdim edir. Foto-kitabın hazırlanmasında alman tarixçisi professor Eva-Maria Aux da yaxından iştirak edib.

Səfir Nəsimi Ağayev kitaba yazdığı “Ön söz”də vurğulayır ki, Azərbaycanda almanların tarixən sülh və əmin-amanlıq şəraitində yaşaması mədəniyyətlərarası və dinlərarası harmoniyanın gözəl nümunəsi, ölkəmizdəki qarşılıqlı hörmət və dözümlülüyün əvəzolunmaz təzahürüdür. XIX əsrin əvvəllərində Azərbaycana köç etmiş almanlar ölkəmizin memarlıq, iqtisadiyyat, elm və mədəniyyət sahələrində dəyərli izlər qoyublar.

Səfir qeyd edir ki, 2017-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi qeyd olunub. Azərbaycanın təşəbbüsü ilə bu əlamətdar hadisə UNESCO-nun rəsmi yubileylər proqramına daxil edilərək beynəlxalq səviyyədə tanınıb.

Etibar Cəfərovun kitabı almanların Azərbaycandakı həyatını, memarlıq nümunələrini, iş adamlarının fəaliyyətini, həmçinin Azərbaycanla Almaniyanın qardaşlaşmış şəhər münasibətlərini vizual olaraq təqdim edir. Hər bir fotoşəkil bu ortaq tarixə işıq salan unikal bir hekayədir.

Bu nəşr Azərbaycan və alman xalqları arasında mövcud olan tarixi dostluq və mədəni əlaqələrin gələcək nəsillərə ötürülməsi baxımından dəyərli bir töhfədir. Kitab Səfirlik tərəfindən Almaniyanın siyasi, iqtisadi, elmi, mədəni və mətbuat dairələrində geniş şəkildə yayılacaqdır.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR