Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində olublar

Sentyabrın 23-də IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Nyu-York şəhərində Müasir İncəsənət Muzeyində ("Museum of Modern Art-MoMA") olublar.

Leyla Əliyeva və Arzu Əliyevaya muzey haqqında məlumat verildi.

Bildirildi ki, burada 1929-cu ildən bəri dünyanın ən dəyərli incəsənət əsərləri qorunaraq nümayiş etdirilir. Rokfeller ailəsinin dəstəyi ilə yaradılan muzey bu gün dünyanın ən mötəbər sənət məkanlarından biridir. Yalnız rəsm deyil, foto, heykəltaraşlıq, memarlıq layihələri, film, hətta elektron media əsərləri də muzeyin kolleksiyasında yer alır. Burada Pablo Pikasso, Vinsent Van Qoq, Endi Vorhol və Henri Matissa kimi sənətkarların dünyada məşhur əsərlərinə rast gəlmək olar. Muzeyin kitabxana və arxiv bölməsi isə tədqiqatçılar üçün əvəzsiz mənbədir. Minlərlə kitab, fayl və sənəd kolleksiyası buranı həm də elmi mərkəzə çevirib.

SON XƏBƏRLƏR

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BÜTÜN XƏBƏRLƏR