BAKU Azərbaycan
6.03 °C

Nərgiz Rusiyaya buraxılmadı

Rusiyanın populyar müğənnisi Nərgiz Zakirova Daşkənddən Moskvaya qayıdarkən saxlanılıb.

Gazette.az olay-a istinadən xəbər verir ki, "Domodedovo" hava limanından buraxılmayıb. Qeyd olunub ki, o, Özbəkistana deportasiya olunacaq.

"Nərgiz Zakirova Rusiyaya buraxılmayıb. O, hazırda Daşkənddən uçduğu "Domodedovo" hava limanındadır", - deyə vesti.uz-un məqaləsində bildirilir.

Qeyd edək ki, sənətçi apreldə Ukraynadakı vəziyyət fonunda Özbəkistana qayıtmışdı. Müğənni son zamanlar Rusiya ilə bağlı sərt açıqlamaları ilə də diqqət çəkmişdi.