Texasda 35 dollara alınan büst qədim Roma artefaktı çıxıb

Texaslı qadının mağazadan, təxminən, 35 ABŞ dollarına aldığı mərmər büstün bir neçə əsrlik artefakt olduğu məlum olub.

Gazetta.az “Associated Press”ə istinadən xəbər verir ki, ekspertlər büstün İkinci Dünya Müharibəsi zamanı Almaniyadan yoxa çıxan sənət əşyalarından biri olduğunu müəyyənləşdirəndən sonra onu muzeydə nümayiş etdirməyə başlayıblar.

Kolleksiyaçı Lora Yanqın 2018-ci ildə “Goodwill” mağazasında tapdığı büst bir vaxtlar kral I Lüdviqin kolleksiyasına aid olub. Sənət əsəri gələn il Almaniyaya qaytarılana qədər müvəqqəti olaraq San Antonio İncəsənət Muzeyində nümayiş olunur.

Muzeydən bildiriblər ki, qədim Roma dövrünə aid edilən büst eramızdan əvvəl I əsrə və ya eramızın I əsrinə aiddir və tarixçilər büstdə Pompeyin Yuli Sezar tərəfindən vətəndaş müharibəsində məğlub edilən oğlunun təsvir oluna biləcəyini düşünürlər. Artefakt sonuncu dəfə Almaniyanın Aşaffenburq şəhərində görülüb və ekspertlər hesab edirlər ki, amerikalı əsgər büstü götürərək özü ilə ABŞ-a gətirib.

 

 

report

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR