"Xalqın əksəriyyəti “Mənə bir şey olmaz” düşüncəsi ilə qaydalara əməl eləmir“ - Xalq artisti

"İnsanlarda müəyyən qədər arxayınlıq yaranıb. Xalqın əksəriyyəti "Mənə bir şey olmaz" düşüncəsi ilə qaydalara əməl eləmir..." 

Gazetteaz xəbər verir ki, bu sözləri yenisabah.az-a Xalq artisti Nurəddin Mehdixanlı deyib. 

O vurğulayıb ki, son günlər yoluxma sayının kəskin artması məhz insanların məsuliyyətsizliyi ilə əlaqədardır:

"Bu gün vəziyyətin xoş olmayan tərəfi odur ki, xalqın əksəriyyəti "Mənə bir şey olmaz" düşüncəsi ilə qaydalara əməl eləmir və sonda elə həmin adam virusa yoluxur. Xəstəlik var, adını koronavirus, Omikron, Delta, nə qoyursunuz qoyun. İnsanlar öz həyatlarına dəyər verib özlərini mütləq qorumalıdırlar. Bunun da çox sadə, saya yolları var: Təmizliyinə riayət edəcəksən, məsafə saxlayacaqsan, insanların kütləvi toplaşdığı yerlərdə ehtiyyatlı olacaqsan. Bunlar elementar şeylərdir".

Aktyor vaxtilə tətbiq edilən sərt karantin rejiminin heç də yaxşı olmadığını bildirib:

"Əvvəllər başa düşürəm, sərt karantin rejimi idi, insanların evdən çıxma saatları var idi və s. Amma indi elə deyil. O da çox pis rejim idi, insanları depressiyaya salırdı, müəyyən problemlər yaradırdı. İndi isə bu bir növ insanların öz məsuliyyətinə buraxılıb. Yaşamaq istəyirsənsə, özünü qoruyacaqsan. Çox təəssüf ki, insanlar buna ciddi yanaşmırlar. Nəticə etibarı ilə artıq gənclərimizi, sənət adamlarımızı, qələm adamlarımızı itiririk. Bu gün cəmiyyətə özünü qoruma mənasında nümunə olacaq insanlarımız məsələyə arxayın və rahat yanaşırlar, sonra isə özləri yoluxurlar. Xəstəliyi də ya çox ağır keçirir, ya da dünyalarını dəyişirlər. Bunlar hamısı itkidir, hər bir azərbaycanlının ölümü itkidir. Ona görə diqqətli olmaq və özümü qorumaq lazımdır. Özünü qorumaqla təkcə özünü deyil, ətrafındakıları da qorumuş olursan".

Qeyd edək ki, son günlər Azərbaycanda koronavirusa sutkalıq yoluxma 7 mini ötüb.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR