Nazir: "Azad olunmuş ərazilərdə mədəni abidələrin monitorinqi asan proses deyil"

"Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərdə ermənilər tərəfindən dağıdılmış abidələrlə bağlı iddia qaldıracaq. İddia həm dağıdılmış ancaq bərpası mümkün olan, həm də dağıdılmış və bərpası mümkün olmayan abidələrlə bağlı qaldırılacaq" - bunu mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, bu iddiaların qaldırılması üçün ilk növbədə azad edilmiş ərazilərdə monitorinq keçirilməlidir: “Həmin abidələrin dəqiq vəziyyətinin öyrənilməsi üçün monitorinq keçirilməlidir. Bu monitorinqi də tək biz yox, eyni zamanda beynəlxalq səviyyəli şirkət keçirməlidir ki, əks olunan məlumatlar etibarlı olsun. Ona görə də biz monitorinq prosesini tamamlamalıyıq. Bütün bu sübutlar toplanandan sonra isə müvafiq iddialar beynəlxalq təşkilatlar qarşısında irəli sürüləcək”.

Qiymətləndirmə işlərinin nə zaman başa çatacağı məsələsinə də toxunan nazir qeyd edib ki, hazırda proses davam edir: “Bu, heç də asan başa gəlmir. Həmin ərazilər həm minalanıb, həm də hava şəraiti bəzən işlərin aparılmasına imkan vermir. Yəni təhlükəsizlik baxımından hər şey heç də yaxşı deyil ki, biz bu monitorinqi tamamlayaq. Ona görə də qiymətləndirmə prosesi hələ bir müddət çəkəcək”.

SON XƏBƏRLƏR

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

BÜTÜN XƏBƏRLƏR