BAKU Azərbaycan
14.03 °C

“The Matrix Resurrections”un rəsmi treyleri yayımlanıb – VİDEO

“Warner Bros.” studiyası məşhur “Matrix” trilogiyasının çoxdan gözlənilən dördüncü, “Resurrections” (“Dirilmə”) adlanan hissəsinin treylerini yayımlayıb.

GAZETTE xəbər verir ki, treylerdən aydın olur ki, Neo və Triniti rollarını yenə də Kianu Rivz ilə Kerri-En Moss oynayacaqlar.

Ekranlara dekabrın 16-da çıxacaq “The Matrix Resurrections”, “HBO Max” yayım servsində dekabrın 22-də isə yayımlanacaq.

Qeyd edək ki, “Matrix” 1999-cu ildə Lana və Lilli Vaçovski bacılarının (həmin vaxt Lourens və Pol qardaşları) rejissorluq etdiyi ABŞ-Avstriya istehsalı olan fantastik filmidir. Filmin kommersiya uğuru “Matrix”in franşiza olmasına səbəb olmuş, 2003-cü ildə “Matrix Reloaded”, cəmi beş ay sonra isə “The Matrix Revolutions” ekran üzü görmüşdü.