Gələcəyin mediasında əsas üstünlük ən yüksək etimada məxsus olacaq

IV Şuşa Qlobal Media Forumu zamanın tələblərinə uyğun keçirilən uğurlu platformalardan biri oldu. Bu gün media artıq əvvəlki media deyil. Süni intellekt, rəqəmsallaşma və sosial platformalar informasiyanın əldə olunması və yayılması qaydalarını tamamilə dəyişib. İnsanlar xəbəri televiziya efirini gözləmədən bir neçə saniyə ərzində əldə edirlər və bu reallıq media üçün yeni yanaşmalar tələb edir.

Bunu Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə sədri beynəlxalq hüquq müdafiəçisi David Seliverstov deyib. 

Məhz buna görə forumun builki formatını tam təbii hesab edirəm. Burada iştirak edən jurnalistlərin, ekspertlərin və bloqerlərin seçimi də müasir informasiya mühitinin tələblərinə uyğun idi. Çünki bu gün auditoriyaya təsir təkcə televiziya ekranı ilə deyil, rəqəmsal platformalar və yeni kommunikasiya vasitələri ilə formalaşır.

Azərbaycanın bu istiqamətdə atdığı addımlar onu qlobal texnoloji transformasiyanın fəal iştirakçılarından birinə çevirir. Bu isə göstərir ki, ölkəmiz süni intellekt və innovasiyaların tətbiqini yalnız texnologiya sahəsində deyil, media siyasətində də strateji inkişaf istiqaməti kimi görür.

Düşünürəm ki, gələcəyin mediasında əsas üstünlük ən yüksək səsə deyil, ən yüksək etimada məxsus olacaq. Texnologiya xəbəri bir neçə saniyəyə dünyaya çatdıra bilər, amma həqiqətin dəyərini hələ də insanın peşəkarlığı, məsuliyyəti və cəmiyyətin ona olan inamı müəyyən edir. 

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR